ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Leyenin telefondan istifadə imkanından məhrum olduğunu bildirib. O, bu versiyanı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı açıqlayıb.
Tramp avqustun 31-də AK rəhbərini daşıyan təyyarənin Bolqarıstanda enişi zamanı naviqasiya sisteminin nasazlığı ilə bağlı sualı cavabsız qoyub. “Heç kim bunun haradan gəldiyini bilmir” deyən o, AK rəhbərini “gözəl qadın” adlandırıb.
“O, telefondan istifadə etmək imkanından məhrum edilib”, – Tramp davam edib. “Bilirsiniz, bəzən bu yaxşı bir şeydir. Nə vaxtsa bu mənim başıma gələ bilər və mən çox xoşbəxt olaram”, – o əlavə edib.
Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti göyərtəsində Ursula fon der Leyenin olduğu təyyarə Bolqarıstanda eniş edərkən naviqasiya sistemində nasazlıq yarandığı barədə məlunat yayıb. Onun sözlərinə görə, pilotlar Plovdiv şəhərinin hava limanına enmək üçün kağız xəritələrdən istifadə etməli olublar. (Tass)