ABŞ prezidenti Donald Tramp deyib ki, o, İranla hərbi münaqişəyə qarışmaq istəmir, lakin Tehranın nüvə silahı olmamalıdır.
“Mən [bu münaqişəyə] qarışmaq istəmirəm. Mən 20 ildir, bəlkə də artıqdır ki, İranın nüvə silahına malik ola bilməyəcəyini deyirəm”, – dövlət başçısı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.