ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün işlərini davam etdirdiyini bildirib.
Amerika lideri çərşənbə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı çıxışında deyib: “Mən Ukraynada amansız münaqişəyə son qoymaq üçün yorulmadan çalışıram”. Tramp qeyd edib ki, Birləşmiş Ştatlar “sonu görünməyən” münaqişədə Ukraynaya dəstək vermək üçün “heç bir zəmanət olmadan yüz milyardlarla dollar” göndərib. (Tass)