ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Ukraynada sülh danışıqlarında iştirak üçün öz təqvimini müəyyənləşdirib, lakin bunu açıqlamayıb.
“Mənim öz son tarixim var və biz istəyirik ki, bu tənzimləmə danışıqları tez baş tutsun . Deməli, bizim son tariximiz var. Ondan sonra isə bizim tamamilə fərqli yanaşmamız olacaq, lakin hesab edirəm ki, bu münaqişənin həlli imkanının əldə olunması üçün çox yaxşı şans var”, – dövlət başçısı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. O, sözügedən vaxt çərçivəsini dəqiqləşdirməkdən imtina edib.
“Biz inanırıq ki, onlar (Rusiya və Ukrayna) hər ikisi sülh istəyir, lakin [onlar] danışıqlar masasına oturmalıdırlar. Biz çoxdan gözləyirdik. Onlar danışıqlar masasına oturmalıdırlar. Və düşünürəm ki, sülh əldə edəcəyik”, – Tramp deyib. (Tass)