ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, hazırda “dünya çılğınlaşır” və bunu Fransa prezidenti Emmanuel Makronla müzakirə etmək niyyətindədir.
Amerikanın seçilmiş lideri Yelisey sarayında Makronla danışıqlardan əvvəl deyib: “Biz müdafiədə birlikdə işləməkdə inanılmaz dərəcədə uğurlu olduq. Sözsüz ki, dünya indi dəli olur və biz bunu müzakirə edəcəyik” deyib. Trampın görüşdən əvvəl verdiyi açıqlamanın görüntülərini Fox News yayımlayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Notr-Dam kilsəsinin bərpadan sonra yenidən açılışında iştirak etmək üçün şənbə günü səhər Fransa paytaxtına gəlib. (Tass)