ABŞ prezidenti Donald Tramp böyük ehtimalla bir daha prezident seçkilərində iştirak etməyəcəyini bildirib.
CNBC- yə verdiyi müsahibədə bu barədə soruşduqda, “Yəqin ki, yox” deyib.
ABŞ prezidenti mayın 4-də bildirib ki, o, üçüncü dəfə dövlət başçısı seçilmək niyyətində deyil. Tramp əlavə edib ki, tərəfdarları onu davamlı olaraq gələcəkdə üçüncü müddətə namizəd olmağa çağırırlar, lakin o, bunu etmək niyyətində deyil.
Amerika Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər. (Tass)