ABŞ prezidenti Donald Tramp şirkətin sahibi İlon Maska dəstək göstərmək üçün yeni Tesla avtomobili alacağını bildirib.
“Sabah səhər mən İlon Maska etimad və dəstək olaraq tamamilə yeni Tesla alacağam” deyə o, “Amerikanı yenidən möhtəşəm etmək üçün öz böyük səlahiyyətlərindən istifadə etdiyinə görə niyə cəzalandırılmalıdır?” deyib.
Yerli KİV-in məlumatına görə, Maskın hökumət aparatının ölçüsünü azaltmaqla məşğul olan Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) hərəkətləri ABŞ-da Tesla-ya qarşı etirazlara səbəb olub. Martın 7-də “The Independent” yazıb ki, Tesla səhmləri əhəmiyyətli dərəcədə ucuzlaşdıqdan sonra Maskın sərvəti cəmi bir gündə 8,8 milyard dollar azalıb. Trampın hissələrin idxal olunduğu Kanada məhsullarına yeni tariflər tətbiq etməsindən və Teslanın elektrik avtomobilləri üçün ikinci ən böyük bazar olan Çindən gələn mallara rüsumları artırmasından sonra şirkətin səhmlərinin qiyməti aşağı düşüb. Dekabrda səhmin qiyməti 479 dollara çatıb. Martın 6-da ticarət bağlandıqdan sonra 261 dollara qədər ucuzlaşıb.
Ümumilikdə, 2024-cü ilin dekabrından bəri amerikalı sahibkarın aktivləri 121 milyard dollar azalıb, lakin Maskın planetin ən zəngin insanı statusunu itirməsi üçün nəşrin yazdığı kimi, daha 116 milyard dollar itirməsi lazımdır. Aktivlərinə görə Maskdan sonra növbəti ən varlı şəxs sərvəti 226,7 milyard dollar dəyərində qiymətləndirilən Meta Korporasiyasının baş direktoru Mark Zukerberqdir. (Tass)