G8 formatı G7 formatından qat-qat yaxşı idi və Qərb Rusiya ilə münasibətləri kəsərək ondan imtina etməməli idi. Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə cənubi afrikalı həmkarı Siril Ramafosa ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp bu ilin noyabrında Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib, Rusiyanın “Səkkizlər Qrupu”ndan kənarda qalması ilə paralel aparıb. “Böyük yeddilik əvvəllər G8 idi, lakin onlar Rusiyanı qovmaq üçün parlaq qərar verdilər”, – Tramp istehza ilə qeyd edib. “Rusiya onun bir hissəsi olsaydı, daha yaxşı olardı”, – Amerika lideri vurğulayaraq, bu halda Ukrayna böhranının başlamayacağını etiraf etdi.(Tass)