ABŞ prezidenti Donald Tramp Konqresin həftənin sonuna qədər hökumətin qismən bağlanmasına səbəb olacaq müvəqqəti maliyyələşdirmə qanun layihəsini razılaşdıra bilməyəcəyi ehtimalını istisna etməyib.
“Bu baş verə bilər. Demokratlar bunu istəyir. Onlar ölkəni məhv etmək istəyirlər” deyib.
Eyni zamanda, Amerika lideri ümidvar olduğunu bildirib ki, bağlanmanın qarşısını almaq olar. “Düşünürəm ki, qanun layihəsi qəbul olunacaq. Biz baxacağıq. Amma [bağlantı] mümkündür, Demokratlar nəzarətdən çıxıb”, – o əlavə edib. (Tass)