Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisin ona qanunsuz casusluq etdiyinə inanır.
“O və onun kampaniyası qanunsuz olaraq mənə casusluq edir <…> Kəmalə siyasəti rüsvayçılıqla tərk edəcəkmi”, – Tramp Truth Social-da yazıb. Siyasətçi ABŞ xüsusi xidmət orqanlarının iranlı hakerlərin onun mənzil-qərargahından sənədləri oğurlaya biləcəyinə dair məlumatını belə şərh edib. Keçmiş prezidentin sözlərinə görə, İran da aldığı məlumatları Harris kampaniyasına ötürüb.
ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, iranlı hakerlər Trampın kampaniyasının daxili sənədlərini oğurlayaraq mediaya, eləcə də hazırkı Amerika lideri Co Baydenlə əlaqəli şəxslərə göndəriblər. ABŞ Milli Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyinin çərşənbə günü yaydığı birgə bəyanatda deyilir ki, İran bu yolla guya ABŞ seçkilərində “nifaq salmaq və etimadı sarsıtmağa” çalışır.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin Demokrat Partiyasını təmsil edəcəyi güman edilirdi, lakin Trampla iyun debatındakı fəlakətli çıxışından sonra Demokratlar arasında Baydenin mübarizədən əl çəkməsi üçün çağırışlar oldu. İyulun 21-də o, yarışdan çəkilmək qərarına gəldi və Harrisin ən yüksək dövlət vəzifəsinə namizədliyini dəstəklədi. Avqust ayında o, Demokratlar Partiyasından prezidentliyə namizəd oldu;
(Tass)