ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin ərazi məsələlərinə dair açıqlamalarından narahat olduğunu bildirib.
“Mən Zelenski ilə yaxşı anlaşıram. Amma onun etdikləri ilə razı deyiləm. Mən dərindən razı deyiləm. Bu müharibə olmamalı idi. Bu, olmazdı”, – Amerika lideri Ukraynadakı münaqişədən danışarkən qeyd edib. “Zelenskinin dedikləri məni bir az narahat etdi: “Konstitusiyaya əsasən təsdiq almalıyam”. Onun müharibəyə getməsi və hamını öldürməsi üçün icazəyə ehtiyacı yox idi”, – deyə Tramp Ağ Evdə çıxışı zamanı bildirib. “Amma əraziləri dəyişdirmək üçün onun təsdiqinə ehtiyacı var. Çünki bəzi ərazilərin dəyişdirilməsi olacaq.”