Dünya siyasətində növbəti qaynar məsələ İranın nüvə proqramı ətrafında vəziyyət, “qarşıda maraqlı günlər” olacaq. Bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
“Növbəti danışacağınız şey İrandır. İrana nə olacaq. Qarşıda maraqlı günlər olacaq, sizə deyə biləcəyim tək şey budur”, – Amerika lideri Ağ Evdə jurnalistlərə danışarkən vurğulayıb.
“İrana gəlincə, biz son səngərdəyik. Maraqlı vaxt olacaq. Nə olacağını görəcəyik. Son səngərdəyik. Onların nüvə silahı əldə etməsinə icazə verilə bilməz”, – Tramp deyib. O, “çox yaxında nəyinsə baş verəcəyini” proqnozlaşdırmışdı. “Ümid edək ki, sülh razılaşmasına nail ola biləcəyik. Mən bunu güc və ya zəiflikdən demirəm, sadəcə bildirirəm ki, digər variant yox, sülh sazişinə üstünlük verirəm. Amma digər variant problemi həll edəcək”, – prezident bildirib.