ABŞ prezidenti Donald Tramp İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar üçün İran prezidenti Məsud Pezeşkian və ya ölkənin ali dini lideri Ayətullah Əli Xamenei ilə görüşməyə hazır olduğunu açıqlayıb.
“Time” jurnalının Vaşinqton və Tehran arasında birbaşa danışıqların başlamasından sonra İranın yüksək səviyyəli liderləri ilə görüşməyə hazır olması ilə bağlı sualına Tramp “Əlbəttə” cavabını verib. (Tass)