ABŞ prezidenti Donald Tramp deyib ki, İran və İsrail arasında atəşkəs qüvvədə qalır.
İsrail İslam Respublikasına hücum etməyəcək.
“İsrail İrana hücum etmək fikrində deyil. Bütün təyyarələr dönüb evlərinə yollanacaq. Heç kim zərər görməyəcək, atəşkəs qüvvədədir”, – o, Truth Social-da yazıb.