ABŞ prezidenti Donald Tramp ABŞ-ın quru qoşunlarının İranda istifadəsi imkanlarını müzakirə etmək belə istəmədiyini bildirib.
“Mən quru qoşunları haqqında danışmayacağam. Quru qoşunları istifadə etmək istədiyiniz son şeydir”, – Amerika lideri vurğulayıb. O, Nyu Cersi ştatında jurnalistlərin ABŞ-ın İranda quru əməliyyatı keçirməsinin mümkün olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib. (TASS)