ABŞ prezidenti Donald Tramp G7 sammitində iştirak edərkən İrandan mesaj alıb. NBC-nin mənbələrə istinadən verdiyi məlumata görə, mesajda guya ölkədə “yatmış hüceyrələrin” aktivləşdirilməsi təhlükəsindən bəhs edilib.
Onların məlumatına görə, Kanadanın Kananaskis şəhərində keçirilən G7 sammitinə səfər zamanı Tehrandan xəbərdarlıq vasitəçi vasitəsilə Vaşinqton administrasiyasının rəhbərinə çatdırılıb. NBC-nin müxbiri Piter Aleksandrın sözlərinə görə, o, İranı bombalamağa başlayarsa, ABŞ ərazisində terror aktları həyata keçirəcək “yatmış hüceyrələr”in aktivləşməsindən bəhs edir. (Tass)