ABŞ Prezidenti Donald Tramp vurulan təyyarənin pilotunun təxliyəsi üçün aparılan xilasetmə əməliyyatının təfərrüatlarını açıqladı. İranlıları çaşdırmaq üçün ordu yeddi ərazidə fəaliyyət göstərib.
“Bizim yeddi fərqli ərazimiz var idi. Onlar (iranlılar ) çox çaşqın idilər. Dedilər: gözləyin, burada qruplar var, orada qruplar var”, – Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, xilasetmə əməliyyatında 155 təyyarə, o cümlədən dörd bombardmançı təyyarə, 64 qırıcı təyyarə, 48 tanker və 13 axtarış-xilasetmə təyyarəsi iştirak edib. Prezident əlavə edib ki, pilot xilas edilib, lakin ağır yaralanıb.
