ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, İsrail Fələstinin bütün radikal HƏMAS hərəkatını məhv etməlidir.
Dekabrın 22-də radio aparıcısı Hugh Hewitt-ə müsahibə verən Tramp deyib: “Bəli, HƏMAS-dan qurtulmaq lazımdır. Onlar [İsrail] bunu etməlidir. Onların seçimi yoxdur. İnsanlar artıq 7 oktyabrı unudublar”.
Bundan əvvəl The Wall Street Journal xəbər verib ki, İsrail kəşfiyyat xidmətləri Qəzza zolağında hərbi kampaniya başa çatdıqdan sonra Fələstin radikal HƏMAS hərəkatının dünya üzrə liderlərini ovlamağa və öldürməyə hazırlaşır.
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Fələstinin radikal HƏMAS hərəkatının vəhşiliyi fələstinlilərin kollektiv şəkildə cəzalandırılması üçün əsas sayıla bilməz. O qeyd edib ki, beynəlxalq humanitar hüququn seçici şəkildə tətbiqi mümkün deyil. (Tass)