ABC News xəbər verir ki , ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumunu əla adlandırıb və qeyd edib ki, “gələcək daha çox şey var” .
“Düşünürəm ki, bu, əla idi. Biz onlara (İran) şans verdik və onlar bundan istifadə etmədilər. Onlara ağır, çox ağır zərbələr vuruldu. Və bu, hamısı deyil, qarşıda daha çox şey var”, – Tramp İsrailin hücumu ilə bağlı deyib.
Eyni zamanda, Amerika lideri ABŞ-ın bu hücumda iştirak edib-etməməsi sualına cavab verməkdən imtina edib. (Tass)