İyul 10, 2025-10:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edə bilər

2025:07:06 - 23:46
in DÜNYA
A A

ABŞ prezidenti Donald Tramp Dohada İsrail və HƏMAS hərəkatının nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar uğurlu olarsa, bazar ertəsi Qəzza zolağında atəşkəs elan edə bilər, The National mənbələrə istinadən xəbər verir.

Fələstin hərəkatının 60 günlük atəşkəs, 10 girovun azad edilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdə tutan təklif planına müsbət cavab verməsindən iki gün sonra, İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı dolayı danışıqlar iyulun 6-da Qətərin paytaxtında bərpa edilib. Məsləhətləşmələr İsrailin baş naziri Benyamin Netanyahunun bazar ertəsi Vaşinqtona səfərə hazırlaşdığı vaxta təsadüf edir.

Nəşrin qeyd etdiyi kimi, atəşkəslə bağlı qərar İsrail və HƏMAS-ın Dohadakı dolayı danışıqlardan sonra razılıq əldə edib-etməməsindən asılı olacaq. Münaqişə tərəfləri sazişin ayrı-ayrı parametrləri ilə bağlı fikir ayrılıqlarını həll edərsə, Tramp müvəqqəti atəşkəs elan edəcək, HƏMAS-ı silahlarını yerə qoymağa və bütün girovları azad etməyə çağıracaq, The National mənbələrindən biri bildirib.

Əvvəlki Yazı

Putin BRİKS ölkələrini qarşılıqlı investisiyaları artırmağa çağırıb

Növbəti Yazı

Tramp BRİKS-i dəstəkləyən ölkələrə əlavə tariflərin tətbiq ediləcəyini bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.