ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək yay sammitində iştirak etməyə hazırlaşır. Bu barədə jurnalistlər üçün onlayn brifinqdə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.
“Biz hamımız prezident Trampın orada olmasını planlaşdırırıq” deyib. “Biz tamamilə gözləməliyik ki, Donald Tramp NATO sammiti üçün Haaqada olacaq”, – diplomat qeyd edib.
Şimali Atlantika Alyansının sammiti iyunun 24-25-də Haaqada keçiriləcək. (Tass)