ABŞ prezidenti Donald Tramp Kambocanın baş naziri Hun Manetə onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünə görə təşəkkür edib.
Kambocanın “Khmer Times” qəzetinin yazdığına görə, Tramp Hun Manetə göndərdiyi mesajda “Xoş məktublarınıza və xüsusən də məni Nobel Sülh Mükafatına namizəd göstərdiyinizə görə təşəkkür edirəm” yazıb .
Məktubda ABŞ prezidenti bildirib ki, Tailandla döyüşlərə son qoymağa kömək etmək üçün Kambocanın baş naziri ilə danışmaq “böyük şərəfdir”.
“Kambocanın uzun və zəngin tarixi və mədəniyyəti var. Mən sizi insan həyatına dəyər verən və sülhə dəyər verən güclü lider kimi görürəm”, – Tramp əlavə edib. (Tass)