ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla “nə vaxtsa” görüşəcəyini gözləyir. ABŞ administrasiyasının rəhbəri bunu Ağ Evdə bir sıra yeni icra sərəncamlarının imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp Şimali Koreya və onun lideri Kim Çen Inla bağlı sualı şərh edərkən, “Mən onu həqiqətən bir gün görəcəyəm. Onunla görüşməyə sadiqəm” deyib. “Biz nə vaxtsa görüşəcəyik. Mən buna sadiqəm”, – Amerika lideri təkrarlayıb.