ABŞ prezidenti Donald Tramp ictimai asayişi qorumaq üçün ABŞ Milli Qvardiyasının hərbçilərinin Vaşinqtona yeridilməsindən sonra paytaxtda avtomobil oğurluqlarının sayının 87% azaldığını bildirib.
“İndi, iki həftədən sonra bu, daha da yaxşı olacaq. Mən indi onu cinayətdən azad zona adlandırıram. İnsanlar dörd ildir getmədikləri restoranlara gedirlər. Onlar hətta avtomobillərinə də getmək istəmirlər, çünki bilirsiniz, avtomobil qaçırma halları 87% azalıb”, – Tramp The Daily Caller-ə deyib.
ABŞ prezidenti etiraf edib ki, Milli Qvardiyanın paytaxt Kolumbiya dairəsində olmasının müsbət effekti onun ilkin olaraq gözlədiyindən daha tez baş verib. “Heç bir cinayət yoxdur.Demək olar ki, biz bütün Vaşinqtonu azad etmişik”, – Tramp deyib. (Tass)