ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşmək niyyətindədir. Amerika lideri bunu bazar günü bəyan edib.
Tramp Luiziana ştatına uçarkən təyyarəsində jurnalistin sualını cavablandırıb: “Yeri gəlmişkən, mən onlarla bir neçə dəfə görüşəcəyəm”. Amerika lideri bu görüşlərin nə vaxt və harada keçirilə biləcəyini açıqlamayıb.
Tramp Misir prezidenti və Səudiyyə vəliəhdi ilə konkret hansı mövzuları müzakirə etmək niyyətində olduğunu açıqlamayıb. Eyni zamanda, Amerika lideri fələstinlilərin Qəzza zolağından öz ərazilərinə köçürülməsinin zəruriliyinə ərəb ölkələrinin liderlərini inandıra biləcəyinə əminliyini ifadə edib. “Onları niyə qəbul etməkdə tərəddüd edirlər? Çünki mənimlə danışmadılar”, – deyə Tramp ərəb liderlərindən danışarkən vurğulayıb. “Onlar mənimlə danışanda (fələstinlilər ) onları qəbul edəcəklər”, – o əlavə edib.
ABŞ prezidenti bazar günü həmçinin İsraillə münaqişə sona çatdıqdan sonra fələstinlilərin Qəzzaya qayıtmasına icazə verilməsinin səhv olacağını bildirib və anklavın “zəngin Yaxın Şərq ölkələrinin köməyi ilə yenidən qurulacağını” deyib.