ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskla dostluq münasibətlərinin bitdiyinə inanır. Ağ Evin rəhbəri bu barədə NBC News-a telefonla müsahibəsində bildirib.
“Mən belə güman edərdim, bəli” deyən Tramp gələcəkdə Musk ilə əlaqə saxlamaq niyyətində olmadığını bəyan edib.
“Mənim çoxlu başqa işlərim var. Onunla danışmayacağam”, – Tramp əlavə edib.
Amerika lideri Maskın prezidentlik institutuna qarşı hörmətsiz münasibətinə diqqət çəkib. (Tass)