Birləşmiş Ştatlar NATO-nun kollektiv təhlükəsizliyinə sadiq qalır. Bunu ABŞ prezidenti Donald Tramp alyans sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
ABŞ-ın NATO Nizamnaməsinin bir və ya bir neçə NATO ölkəsinə silahlı hücumun alyansa hücum sayılacağını bildirən 5-ci maddəsinə sadiq qalıb-qalmaması ilə bağlı suala Tramp deyib: “Biz sona qədər onlarlayıq”. (Tass)