ABŞ prezidenti Donald Tramp digər ştatları timsahlar və digər təhlükəli heyvanlarla dolu bir ərazidə qeyri-qanuni mühacirlər üçün saxlanma mərkəzi tikən Floridadan nümunə götürməyə çağırıb.
“Bu yer seçimi əla seçim idi. Biz oxşar həbs mərkəzlərini bir çox ştatlarda görmək istərdik”, – o, Floridadakı müəssisəyə səfərindən sonra mətbuat konfransında deyib. Amerika liderinin fikrincə, bu təcrübə “müəyyən bir məqamda sistemli ola bilər”.
Florida Everqleydsin dərinliklərində yerləşən keçmiş hərbi aerodromda yerləşən yeni immiqrasiya təcridxanası artıq San-Fransiskodakı məşhur həbsxanadan sonra “Alliqatorların Alkatrazı” adlandırılıb. Ətrafdakı ərazi çoxlu alliqatorların, timsahların və zəhərli ilanların yaşadığı bataqlıq ərazidir.
Mətbuatla söhbəti zamanı Tramp qeyd edib ki, mərkəzin “bir həftədən az müddətə” tikilib və belə obyektlərin tikintisi ümumilikdə yeni həbsxanaların tikintisindən xeyli ucuz başa gəlir.