ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalı və Qrenlandiya ilə bağlı problemlərin güc yolu ilə həllinə əl atmayacağına dair heç bir zəmanət verməkdən imtina edib.
“Xeyr, mən belə bir zəmanət verə bilmərəm” deyə o, Mar-a-Laqo (Florida) iqamətgahında jurnalistlərə danışan müvafiq suala cavab verib.
Tramp əlavə edib ki, ABŞ-a “iqtisadi təhlükəsizlik üçün” Qrenlandiya və Panama kanalı lazımdır.
Bundan əvvəl seçilmiş Amerika lideri ABŞ-ın Panama kanalına nəzarəti bərpa etməli olduğunu bildirmiş, həmçinin Danimarka muxtariyyəti olan Qrenlandiyanın ABŞ-a birləşdirilməsindən danışmışdı.