Rusiya prezidenti Vladimir Putinin Alyaskaya səfəri göstərir ki, o, Ukraynadakı münaqişəni həll etməyə çalışır. Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp buna əmin olduğunu bildirib.
“Düşünürəm ki, onun Alyaskaya, ölkəmizə gəlməsi buna nail olmaq istədiyinin (münaqişənin nizamlanması ) ciddi bəyanat idi. Onun üçün Alyaskaya gəlmək asan olmadı”, – Amerika prezidenti Ağ Evdə bir sıra fərmanlar imzalayarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
Putinlə görüşdən danışan Tramp qeyd edib: “Çox uğurlu gün idi”. “Düşünürəm ki, biz müharibəni bitirəcəyik. Bu çətindir”, – o etiraf edib. (Tass)