Ağ Evin prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İran və İsrail arasındakı münaqişənin həllində vasitəçi olmaq təşəbbüsünə açıq olacağını bildirib.
“O (Putin ) hazırdır. Bu barədə mənə zəng etdi. Biz bu barədə uzun müddət danışdıq”, – Amerika lideri ABC News telekanalına müsahibəsində deyib.
O əlavə edib ki, Birləşmiş Ştatlar da münaqişəyə “müdaxilə edə bilər”, lakin “hazırda iştirak etmir”. (Tass)