ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqlarının “çox yaxşı” keçəcəyinə əmindir. Amerika lideri bunu Vaşinqtondan Ankoric reysi ilə uçan təyyarəsinin göyərtəsində Fox News telekanalına müsahibəsində deyib.
“Prezident Putinlə görüşmək üçün Alyaskaya gedirik. Və düşünürəm ki, bu, çox yaxşı nəticələnəcək”, – Tramp deyib.
Eyni zamanda, o, bir daha qeyd edib ki, indiki Rusiya-Amerika sammiti uğurlu alınmasa, tezliklə Vaşinqtona qayıtmağa hazır olacaq. “Əgər belə olmasa (yəni, görüş nəticə verməsə ), onda mən çox tez evə qayıdacağam”, – Ağ Evin rəhbəri bildirib. Ondan bunun danışıqlar xatirinə danışıqlar aparmayacağı anlamına gəlib-gəlmədiyinə aydınlıq gətirməsi xahiş olunub. “Bəli, mən gedərdim” deyə Tramp cavab verib.