Rusiya və Ukrayna çox yaxın vaxtlarda atəşkəs və münaqişəyə son qoyulması üzrə danışıqlara başlayacaq. Bunu amerikalı həmkarı Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra deyib.
“Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirdim. Düşündüm ki, çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaqlar”, – o, “Truth Social” səhifəsində yazıb. (Tass)