ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna ilə bağlı əldə olunan anlaşmanı yekun razılaşma adlandırmayıb və bunun üçün bütün tərəflərin razılığını tələb edəcəyini vurğulayıb. O, bu barədə cümə günü Ankoricdə görüşdən sonra Rusiya prezidenti ilə birgə mətbuat konfransında bildirib.
“Biz bir çox, çox şeydə razılaşdıq. Bir neçə vacib məsələdə hələ tam razılaşa bilməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik. Deməli, heç bir razılaşma yoxdur, hələ heç bir razılaşma yoxdur”, – Tramp deyib.