ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin sənədlərdə imzaları təqlid edən köməkçilərinin cinayətkar olduğunu bildirib.
“Bunlar stolu mühasirəyə alan (Oval Ofisdə ) və qələmi idarə edən insanlar idi. Onlar cinayətkardırlar və ölkəmizə etdikləri heç vaxt unudulmamalıdır”, – Ağ Evin hazırkı rəhbəri New York Post -un Pod Force One podkastının efirində deyib.
O, əlavə edib ki, Bayden və onun köməkçiləri “Ağ Evi ələ keçiriblər” və “imzalanmamalı olan” sənədlərdə qələmdən istifadə ediblər. (Tass)