ABŞ prezidenti Donald Tramp ənənəvi olaraq Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı vəzifəsini tutan ABŞ-ın Avropa Komandanlığına (EUCOM) rəhbərlik etmək üçün ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviçin namizədliyini irəli sürüb. Bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat verib.
“NATO, həmçinin, general-leytenant Qrinkeviçin Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı təyin edilməsinə razılıq verib. General-leytenant Qrinkeviç hazırda Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri İdarəsinin Əməliyyat İdarəsinin rəisi vəzifəsində çalışır. Öz vəzifəsindən əlavə, general-leytenant Qrinkeviç NATO-nun Avropa Komandanlığının rəhbəri vəzifəsinə təyin olunacaq”.
Qrinkeviçin namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.
Reuters-in daha əvvəl xəbər verdiyi kimi, Tramp NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı postunu hələlik Amerika hərbi liderlərinin əlində saxlamağa qərar verib. O, qərarı barədə NATO-nun baş katibi Mark Rutteyə məlumat verib. (Tass)