ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Ukraynadakı münaqişənin nizamlanması prosesində böyük güzəştə gedib və bütün Ukrayna ərazisinə iddia etmir.
Ondan Ukraynanın sülh yolu ilə nizamlanması məsələsində Rusiyanın hansı güzəştlərə getdiyi soruşulub. “Müharibənin dayandırılması, bütün ölkənin ələ keçirilməsinin dayandırılması kifayət qədər böyük güzəştdir” deyən Amerika lideri Ağ Evin Oval kabinetində Norveçin baş naziri Jonas Gahr Støre ilə protokol görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun aprelin 7-də qeyd etdiyi kimi, prezident Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir, lakin bunun baş verməsi üçün bir sıra məsələlərin həlli lazımdır və onlar hələlik havada qalıb. (Tass)