ABŞ prezidenti Donald Tramp atəşkəs və Ukrayna böhranının həlli üçün razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyalar və tariflər tətbiq etməyi düşündüyünü bildirib.
“Rusiyanın hazırkı məqamda döyüş meydanında Ukraynanı tamamilə məğlub etdiyini əsas götürərək, atəşkəs və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı kütləvi bank sanksiyaları, sanksiyalar və tariflər tətbiq etməyi qətiyyətlə düşünürəm”, o, “Truth Social” səhifəsində yazıb.