ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb. Bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.
Söhbət 21 fevral 2022-ci ildə ABŞ-ın 46-cı prezidenti Co Bayden administrasiyası, 20 sentyabr 2018-ci ildə ilk prezidentlik dövründə Tramp administrasiyası, eləcə də ABŞ-ın 44-cü prezidenti Barak Obama administrasiyası tərəfindən 6 mart, 16 mart, 20 dekabr, 2018-ci il tarixlərində Rusiya Federasiyasına qarşı tətbiq edilən məhdudiyyətlərdən gedir. Trampın vurğuladığı kimi, o, belə qənaətə gəlib ki, bütün bu məhdudlaşdırıcı tədbirlər “6 mart 2025-ci ildən sonra qüvvədə qalmalıdır”. (Tass)