ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyada çıxışı zamanı sağ qulağından güllə yarası aldığını təsdiqləyib.
“Güllə mənim sağ qulağımı deşdi. Dərhal nəyinsə səhv olduğunu anladım, çünki fit səsi, silah səsləri eşitdim və dərhal güllənin dərini cırdığını hiss etdim. Çox qanaxma oldu, sonra mən nə baş verdiyini anladım”, – Tramp özünün Truth Social səhifəsində yazıb.
Respublikaçının sözlərinə görə, hücum edən şəxs ölüb, lakin onun haqqında hələ heç nə məlum deyil. “Bunun bizim ölkədə baş verməsi inanılmazdır”, – Tramp əlavə edib. O, həlak olanların və yaralananların ailələrinə başsağlığı verib. (Tass)