ABŞ prezidenti Donald Tramp Ər-Riyadda Suriya administrasiyasının yeni başçısı Əhməd əl-Şaraa ilə görüşdə Suriya hakimiyyətini İbrahim razılaşmaları çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa və İslam Dövləti terror qruplaşmasının dirçəlişinin qarşısını almağa çağırıb. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
Onun sözlərinə görə, Amerika lideri “prezident əl-Şaraanı Suriya xalqı üçün böyük işlər görməyə” çağırıb, o cümlədən “İsrail ilə İbrahim sazişini imzalamağa” və “ABŞ-a İŞİD-in dirçəlişinin qarşısını almağa kömək etməyə” çağırıb. (Tass)