ABŞ prezidenti Donald Tramp bildirib ki, o, hazırda avqustun 1-nə planlaşdırılan ticarət tariflərinin qüvvəyə minməsini daha təxirə salmağı planlaşdırmır.
“Dünən (bazar ertəsi ) müxtəlif ölkələrə göndərilən məktublara, eləcə də bu gün, sabah və ondan sonra qısa müddətə göndəriləcək məktublara əsasən, rüsumlar 2025-ci il avqustun 1-dən ödənilməyə başlayacaq”, – Amerika lideri Truth Social-da yazıb. “Bu müddətlər dəyişməyib və dəyişməyəcək. Yəni bütün pullar 2025-ci il avqustun 1-də ödənilməlidir. Heç bir gecikmə olmayacaq”.