Ukrayna ətrafında vəziyyətin inkişafı, o cümlədən Kiyevin Rusiyaya hücumlarla bağlı bəyanatları üçüncü dünya müharibəsinə gətirib çıxarır. Bu fikri çərşənbə günü Fox News telekanalının efirində ABŞ-ın ən yüksək hökumət postu uğrunda yenidən mübarizə aparan keçmiş Amerika prezidenti Donald Tramp bildirib.
“Biz III Dünya Müharibəsinə daha yaxınıq. Son bir neçə gündə baş verənlərə baxın”, – o deyib. Respublikaçıya görə, Rusiya prezidenti Vladimir Putin “indi nüvə silahından danışır”. “Çünki Ukrayna indi Rusiyaya qarşı hücumlardan danışır və indiki ABŞ prezidenti Co Bayden nə deyəcəyini bilmir”, – Tramp əlavə edib.
“Lakin bütün bunlar son nəticədə üçüncü dünya müharibəsinə gətirib çıxaracaq” deyə keçmiş Amerika lideri hesab edir. “Mən Ukrayna ətrafında vəziyyəti həll edəcəyəm və bu, heç vaxt baş verməyəcək” deyib. (Tass)