ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəs əldə olunarsa, hərbi əməliyyatların bərpa olunmayacağına ümid etdiyini bildirib.
“Və düşünürəm ki, bizim bunu etmək şansımız var. Biz bunun yarısını Ukraynadan aldıq – atəşkəs. Və əgər Rusiyanı dayandırmağa nail ola bilsək, o zaman tam atəşkəs əldə edəcəyik. Və mən hesab edirəm ki, bu, heç vaxt müharibənin yenidən başlamasına səbəb olmayacaq”, – Tramp Ağ Evdə İrlandiyanın baş naziri Mixael Martinlə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib. (Tass)