ABŞ prezidenti Donald Tramp prezidentliyə başladığı ilk gündə Ukraynada münaqişəyə son qoyulmasının mümkünlüyü ilə bağlı dediyi sözlərin şişirdilmə olduğunu və bu barədə yalnız obrazlı danışdığını bildirib.
“Mən obrazlı danışırdım, bu barədə mübaliğə kimi danışdım, fikrimi ortaya qoymaq üçün. Açığı, insanlar bilir ki, zarafatla danışmışam”, – prezident “Time” jurnalına müsahibəsində deyib.
Tramp həmçinin bildirib ki, o, Ukraynadakı münaqişənin “uzun sürəcəyini” düşünmür. (Tass)