ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsində Kiyevin tərəfini tutmadığını və axan qanların dayandırılmasını istədiyini bildirib.
“Mən tərəf tutmuram. Mən bəşəriyyətin tərəfindəyəm”, – o, Kiyevə Amerika silahlarının tədarükünü davam etdirməklə bağlı yeni qərarları və Rusiyaya qarşı iqtisadi tədbirlər görməyə hazır olması fonunda Ağ Evin Cənub Qazonunda müxbirin indi Ukraynanın tərəfində olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
Tramp həmçinin əmin edib ki, o, münaqişədə ölümləri dayandırmaq istəyir. “Mənim tərəfim budur” deyib. (Tass)