Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edərək, ABŞ-da qasırğa qurbanlarının fövqəladə ehtiyaclar üçün cəmi 750 dollar aldığını qeyd edib.
“Biz Ukraynaya təxminən 300 milyard dollar sərmayə qoymuşuq və eyni zamanda onlar [ABŞ prezidenti Co Baydenin administrasiyası] insanlara indiyə qədər yaşadığımız ən güclü qasırğa ilə əlaqədar təcili ehtiyaclar üçün 750 dollar təklif edir”, – deyə sabiq prezident Fox News telekanalına müsahibəsində vurğulayıb.
Tramp həmçinin bəzi ştatlarda, xüsusən də Şimali Karolinada təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin rəftarından narazılığını ifadə edib. “Şimali Karolinada kömək edəcək adam yoxdur. Dəhşətli vəziyyətdir. Bütün günü orada idim və ağır yaralananlardan başqa çox az adam gördüm. Bir adam heç bir şeyi qalmadığı üçün daşın üstündə oturmuşdu” deyib. – keçmiş Ağ Evin rəhbəri. (Tass)