ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin dəvətinə cavab olaraq Ukraynaya səfərinin mümkünlüyünü istisna etməyib.
“Bizə gəlməlisiniz” deyib Zelenski. Tramp Ukraynaya nə vaxt getməyə hazır olduğunu demədən “Mən gələcəm” deyə cavab verib.
Cümə günü səhər saatlarında Zelenski ilə Tramp arasında Nyu Yorkdakı Trump Tower-də danışıqlar təxminən bir saat davam edib. (Tass)