ABŞ prezidenti Donald Tramp hesab edir ki, Yaxın Şərqdə sülh əldə edilə bilər.
Amerika lideri Səudiyyə Ərəbistanında ikitərəfli investisiya forumunda deyib: “Onilliklərlə davam edən münaqişələrdən sonra, nəhayət ki, bizdən əvvəlki nəsillərin ancaq xəyal edə biləcəyi gələcəyə – sülh, təhlükəsizlik, harmoniya, imkanlar, innovasiyalar diyarı – məhz burada, Yaxın Şərqdə var”. Onun çıxışı Amerika xəbər televiziyası şəbəkələrində canlı yayımlanıb.
Tramp Səudiyyə Ərəbistanının İbrahim razılaşmalarına qoşulacağına əminliyini ifadə edib. “Lakin siz bunu sizin təyin etdiyiniz vaxtda edəcəksiniz”, – Ağ Ev rəhbəri Səudiyyə Ərəbistanı rəhbərliyinə müraciət edərək deyib.
Prezident həmçinin ABŞ-ın əvvəlki administrasiyalarını Yaxın Şərqə hərbi müdaxilələrə görə kəskin tənqid edib. “Nəhayət, sözdə millət qurucuları qurduqlarından daha çox ölkəni məhv etdilər. Müdaxiləçilər isə anlamadıqları mürəkkəb cəmiyyətlərə qarışdılar”, – Tramp deyib. O, “dövlət qurucuları, neokonlar” (neokonservatorlar) və “trilyonlarla dollar xərcləyən və Kabil və Bağdadı inkişaf etdirə bilməyən liberal qeyri-kommersiya təşkilatlarından” nifrətlə danışıb. Səudiyyə Ərəbistanı və BƏƏ-də “hazırkı diqqətəlayiq transformasiyanı” “necə yaşamaq, öz işlərini necə idarə etmək barədə onlara mühazirə oxumaq üçün uçan Qərb müdaxiləçiləri tərəfindən deyil, “bölgə əhalisinin özləri” əldə ediblər”, Tramp əlavə edib. (Tass)