Yaxın bir neçə saat ərzində ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyalar proqramının ləğvi barədə sərəncam imzalayacaq, ABŞ administrasiyası isə Ərəb Respublikasının keçmiş prezidenti Bəşər Əsəd və onun tərəfdaşlarına tətbiq edilən məhdudiyyətləri qüvvədə saxlayacaq. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Prezident Suriyaya qarşı sanksiyalar proqramını dayandırmaq üçün sərəncam imzalayacaq. Bu, ölkənin sabitlik və sülhə doğru irəliləyişinə dəstək verməyə yönəlmiş səydir. Sərəncam Suriyaya qarşı sanksiyaları aradan qaldıracaq, eyni zamanda keçmiş prezident Əsəd və onun tərəfdaşlarına qarşı sanksiyalar qüvvədə qalacaq”. (Tass)